"Qarabağ"ın qapıçısı zədə səbəbindən 8 ay futboldan uzaq qalacaq

"Qarabağ"ın qapıçısı zədə səbəbindən 8 ay futboldan uzaq qalacaq "Qarabağ"ın qapıçısı Amin Ramazanov zədələnib.
Futbol
14 İyul , 2024 14:44
Qarabağın qapıçısı zədə səbəbindən 8 ay futboldan uzaq qalacaq

"Qarabağ"ın qapıçısı Amin Ramazanov zədələnib.

Klubdan "Report"a verilən məlumata görə, o, məşq prosesində xəsarət alıb.

Müayinə zamanı onun sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.

Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan "köhlən atlar"ın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi