"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Fransanın "Marsel" klubu növbəti transferini gerçəkləşdirib.
"Report" xəbər verir ki, Liqa 1 təmsilçisi Rusiyanın "Spartak" (Moskva) klubundan Samuel Jiqonu heyətinə qatıb.
"Marsel" 29 yaşlı müdafiəçinin keçidinin detallarını açıqlamayıb. "Transfermarkt" fransalı oyunçu üçün 2 milyon avro ödənildiyini yazıb. Jiqo mövsümün sonunadək icarə əsasında "Spartak"da çıxış edəcək.
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.