UEFA Konfrans Liqasının H qrupunda "Qarabağ"ın rəqiblərindən olan İsveçrə "Bazel"i heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.
"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, klub İngiltərə "Liverpul"unda çıxış edən Loris Kariusu transfer etmək niyyətindədir.
"Bazel"in 28 yaşlı qolkiperlə qışda müqavilə imzalayacağı iddia olunur.
Karius 2020/2021 mövsümündə icarə əsasında Almaniyanın "Union Berlin" klubunun formasını geyinib.
Qeyd edək ki, Konfrans Liqasının I turunda Bakı Olimpiya Stadionunda oynanılmış "Qarabağ" - "Bazel" matçı qolsuz heç-heçə ilə başa çatıb. VI turda komandalar arasında keçiriləcək görüş dekabrın 9-da olacaq.