"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən Kipr "Omoniya"sı heyətini yeni qapıçı ilə gücləndirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisi son olaraq APOEL-də çıxış edən Frensis Uzoho ilə anlaşıb.
Nigeriya millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kipr və Azərbaycan təmsilçiləri arasında ilk matç sentyabrın 30-da Nikosiyada, təkrar qarşılaşma isə noyabrın 25-də Bakıda keçiriləcək.