"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya "Frayburq"u qapıçısı Noa Atubolu ilə müqaviləni uzadıb.
Futbol
10 Oktyabr , 2022 19:14
Qarabağın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya "Frayburq"u qapıçısı Noa Atubolu ilə müqaviləni uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı qolkiperlə imzalanmış yeni sözləşmənin detalları açıqlanmayıb.

Almaniyalı çərçivə qoruyucusu ölkəsinin U-21 yığmasının da formasını geyinir.

Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.

Son xəbərlər

Orphus sistemi