"Marsel" klubu Fransada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə futbolçusu Alvaro Qonsalesi cəzalandırıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, buna ispaniyalı müdafiəçinin AS nəşrinə müsahibəsində klubu tənqid etməsi səbəb olub. Son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkən 32 yaşlı oyunçu məşqçilər heyətinin bunu bilərəkdən etdiyini və əsas məqsədin onu komandadan göndərməkdən ibarət olduğunu bildirib.
Bu üzdən klub rəhbərliyi təcrübəli futbolçunu cərimələyib. Cari mövsümün sonunda onunla yolların ayrılacağı gözlənilir.
Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.