"Vilyarreal"ın futbolçusunda koronavirus aşkarlandı

"Vilyarreal"ın futbolçusunda koronavirus aşkarlandı "Qarabağ" klubunun Avropa Liqasının I qrupundakı rəqiblərindən İspaniya "Vilyarreal"ının futbolçusu Sofian Çaklada koronavirus aşkarlanıb.
Futbol
14 Oktyabr , 2020 12:47
Vilyarrealın futbolçusunda koronavirus aşkarlandı
Sofian Çakla

"Qarabağ" klubunun Avropa Liqasının I qrupundakı rəqiblərindən olan İspaniya "Vilyarreal"ının futbolçusu Sofian Çaklada koronavirus aşkarlanıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçinin Mərakeş yığmasında olarkən verdiyi testin nəticəsi müsbət çıxıb. Yüngül simptomlarla vətənində təcrid olunan Çakla sağaldıqdan sonra İspaniyaya dönə biləcək.

Qeyd edək ki, daha əvvəl "Vilyarreal"ın aparıcı hücumçusu Jerar Moreno və Pervis Estupinyan zədələnib. "Qarabağ" "Vilyarreal"la oktyabrın 29-da evdə, dekabrın 11-də isə İspaniyada üz-üzə gəlməlidir. Ağdam təmsilçisi ilk turda İsrail Makkabisinin (Tel-Əviv) qonağı olacaq. İspaniya klubu isə Türkiyə "Sivasspor"unu qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi