"Qarabağ"ın rəqibinin zədəli futbolçularının son durumu müəyyənləşib

"Qarabağ"ın rəqibinin zədəli futbolçularının son durumu müəyyənləşib "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan "Malmö"da zədəli futbolçuların durumu bəlli olub.
Futbol
19 Sentyabr , 2024 17:56
Qarabağın rəqibinin zədəli futbolçularının son durumu müəyyənləşib

"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan "Malmö"da zədəli futbolçuların durumu müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə İsveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçilərdən Sead Hakşabanoviç fizioterapevtlə birlikdə məşqlərini davam etdirir. Stefano Vekkya isə hələlik yüklənmə və bərpa mərhələsindədir.

Müdafiəçilər Niklas Moysander ilə Anton Tinnerholmun bərpa prosesi davam edir.

Qeyd edək ki, "Qarabağ" "Malmö" ilə oktyabrın 3-də, saat 20:45-də Bakıda qarşılaşacaq. "Malmö" sentyabrın 22-də İsveç çempionatında "Hakken"i qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi