"Qarabağ"ın sabiq futbolçusu Samuel Armenteros 8 aylıq məcburi fasilədən sonra özünə yeni komanda tapıb.
"Report" xəbər verir ki, isveçli hücumçu karyerasını yenidən Niderland Erediviziyasında davam etdirəcək. 32 yaşlı forvard "Herakles"lə anlaşıb.
Bu, təcrübəli oyunçunun Almelo təmsilçisinə 3-cü qayıdışıdır. O, daha əvvəl 2009 - 2013 və 2016 - 2017-ci illərdə bu komandanın formasını geyinib.
Qeyd edək ki, 2015/2016 mövsümündə "Qarabağ"da çıxış etmiş Samuel Armenterosun son klubu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Əl-Fucayra" olub.