İngiltərə "Bornmut"unun futbolçusu Asmir Beqoviç klubdan ayrılmaq istəyir.
"Report" "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, bosniya və herseqovinalı qapıçı 2019/2020 mövsümünün sonunda Çempionşipə yuvarlanan komandada oynamaqda maraqlı deyil.
33 yaşlı qolkiperin ötən mövsümün ikinci yarısında icarə əsasında çıxış etdiyi "Milan"a birdəfəlik transferi gündəmdədir.
Qeyd edək ki, A.Beqoviç qışa qədər "Qarabağ"da icarədə olub.