"Qarabağ"ın norveçli sabiq futbolçusu: "Molde"nin bəxti gətirdi"

"Qarabağ"ın norveçli sabiq futbolçusu: "Molde"nin bəxti gətirdi" "Qarabağ" - "Molde" oyununun neytral meydanda keçiriləcəyindən xəbərim var".
Futbol
14 Sentyabr , 2020 17:51
Qarabağın norveçli sabiq futbolçusu: Moldenin bəxti gətirdi
Tarik Elyunussi

"Qarabağ" - "Molde" oyununun neytral meydanda keçiriləcəyindən xəbərim var".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Tarik Elyunussi Azərbaycan klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə matçının yerinin dəyişdirilməsi barədə danışarkən deyib.

Mərakeş əsilli norveçli hücumçu həmyerlilərinin bu məsələdə şanslı olduğunu bildirib: "Molde" Bakıdan qayıdan kimi 10 gün karantində qalmalı idi. Düşünürəm ki, komandanın bəxti gətirdi və UEFA matçın yerini dəyişdi. Bu, "Molde" üçün yaxşı xəbər olsa da, "Qarabağ" üçün arzuolunan nəticə olmadı".

2017-ci ildə "Qarabağ"da çıxış etmiş Tarik Elyunussi bu komandanın heyətində cəmi 4 oyun keçirib. O, hazırda Yaponiyanın "Sönan Belmare" klubunun formasını geyinir.

Qeyd edək ki, sentyabrın 16-da Kiprin Larnaka şəhərindəki "AEK Arena"da oynanılacaq "Qarabağ" - "Molde" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi