Türkiyənin "Konyaspor" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi "Ərzurumspor"la müqaviləsi başa çatan İbrahim Şehiçin keçidini həll edib.
Bosniya və herseqovinalı qapıçı ilə 2+1 illik sözləşmə imzalanıb.
"Konyaspor"un baş məşqçisi əvvəllər "Bakı" komandasına da rəhbərlik etmiş Bülent Korkmazdır.
Qeyd edək ki, İbrahim Şehiç "Erzurumspor"a 2018-ci ilin yayında "Qarabağ"dan keçib. O, 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib.