İbrahim Şehiç Türkiyə klubu ilə müqaviləni uzadıb

İbrahim Şehiç Türkiyə klubu ilə müqaviləni uzadıb Türkiyənin "Konyaspor" komandası qapıçısı İbrahim Şehiçlə yeni müqavilə imzalayıb.
Futbol
20 Noyabr , 2021 09:11
İbrahim Şehiç Türkiyə klubu ilə müqaviləni uzadıb

Türkiyə "Konyaspor"u qapıçısı İbrahim Şehiçlə yeni müqavilə imzalayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi bosniya və herseqovinalı qolkiperin sözləşməsinin müddətini 2023-cü ilin yayınadək uzadıb.

33 yaşlı oyunçunun əvvəlki müqaviləsi 2022-ci ilin iyununda başa çatmalı idi.

Qeyd edək ki, İbrahim Şehiç 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib. O, "Konyaspor"a 2020-ci ilin avqustunda keçib.

Son xəbərlər

Orphus sistemi