"Qarabağ"dan ayrılan futbolçu Kiprdə karantinə alındı

"Qarabağ"dan ayrılan futbolçu Kiprdə karantinə alındı "Qarabağ"la yollarını ayıran haitili futbolçu Donald Gerye hələ ötən il Kipr "Apollon"una keçə bilərmiş.
Futbol
3 Fevral , 2021 16:13
Qarabağdan ayrılan futbolçu Kiprdə karantinə alındı
Donald Gerye

"Qarabağ"la yollarını ayıran haitili futbolçu Donald Gerye hələ ötən il Kipr "Apollon"una keçə bilərmiş.

"Report" "sport-fm.com.sy" saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 2 ay öncə Limassol təmsilçisindən təklif alıb.

Lakin həmin vaxt təcrübəli oyunçunun tələbləri yüksək olduğundan, keçid baş tutmayıb.

"Apollon" bir müddətdir xidmətində maraqlı olduğu futbolçunu azad agent kimi heyətinə qatıb. Artıq Gerye ilə 1,5 illik müqavilə bağlayan klub təqdimat üçün onun karantindən çıxmasını gözləyir.

Yarımmüdafiəçinin əvvəlki ilə müqayisədə sözləşmə şərtlərində güzəştə getdiyi bildirilib. Amma onun yeni klubunda qazanacağı məbləğ açıqlanmayıb.

Qeyd edək ki, Donald Gerye qış fasiləsində Azərbaycanı tərk edib və komandanın düşərgəsinə gec qoşulub. Bu səbəbdən, Gerye 20 min ABŞ dolları məbləğində cərimə olunaraq, əvəzedici heyətə göndərilib.

Gerye 2017 - 2019-cu illərdə də "Qarabağ"da çıxış edib. Haiti millisinin üzvü 2019-cu ilin yayında "Neftçi"yə keçib və 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi. Cİnah oyunçusu karyerasını Kiprin "Apollon" klubunda davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi