"Qarabağ"ın legioneri qayıtdı, qardaşı yox

"Qarabağ"ın legioneri qayıtdı, qardaşı yox Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün qalibi olan "Qarabağ" klubunun futbolçusu Xayme Romero İspaniyadan Azərbaycana qayıdıb.
Futbol
22 İyul , 2020 11:35
Qarabağın legioneri qayıtdı, qardaşı yox

Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün qalibi olan "Qarabağ" klubunun futbolçusu Xayme Romero İspaniyadan Azərbaycana qayıdıb.

"Report"un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Bakıdan komandanın hazırlıq keçdiyi Qəbələyə yollanıb. Onun qardaşı Daniel Romero isə vətənində qalıb. Onun durumu qeyri-müəyyəndir və klubdakı taleyinə yaxın zamanlarda aydınlıq gələcək.

Qeyd edək ki, Daniel Romero ötən mövsüm "Qarabağ"ın əvəzedici komandasında çıxış edib.

Son xəbərlər

Orphus sistemi