"Qarabağ" klubunun zədələnən futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.
"Report"un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi təxminən bir həftədən sonra məşqlərə başlayacaq.
Ötən məşqlərin birində xəsarət alan xorvatiyalı oyunçunun Azərbaycan Kubokunun 1/4 final matçlarına qədər sıraya dönəcəyi gözlənilir.
Qeyd edək ki, "Qarabağ" fevralın 1-də və ya 2-də Azərbaycan Kubokunda “Turan Tovuz” - “Qəbələ” cütünün qalibi ilə üz-üzə gələcək.