"Qarabağ" futbolçusu Qaspar Panaderonun Kiprin AEK komandasına keçəcəyini təsdiqləyib.
Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, tərəflər arasında artıq şifahi razılıq əldə olunub.
Klub rəsmisi bildirib ki, ispaniyalı yarımmüdafiəçi Larnaka təmsilçisində cari mövsümün sonunadək icarə əsasında çıxış edəcək: "Bu məsələ gündəmdədir və danışıqlarımız yekunlaşmaq üzrədir. İşin sadəcə, rəsmi tərəfi qalıb. Müqavilə bağlandıqdan sonra futbolçu icarəyə veriləcək".
Qeyd edək ki, "Qarabağ"a ötən yay transfer olunmuş 24 yaşlı yarımmüdafiəçi bu mövsüm cəmi 4 oyunda meydana çıxıb. O, sonuncu dəfə 2021-ci il oktyabrın 3-də "Qəbələ"yə qarşı forma geyinib.
Baş məşqçi Qurban Qurbanov Panaderoya qış fasiləsində özünə klub tapmasını tövsiyə edib.