"Qarabağ" komandası İsraildə "Makkabi" (Təl-Əviv) komandası ilə keçirəcəyi Avropa Liqasının I qrupunun ilk tur matçına futbolçu itkiləri ilə çıxacaq.
Bu barədə "Report"a Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov məlumat verib. Onun sözlərinə görə, müdafiəçi Abbas Hüseynovla hücumçu Mahir Emreli meydana çıxmayacaq.
48 yaşlı mütəxəssis bildirib ki, "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının VI tur matçından sonra əzələsində problemləri olan Hüseynovun hətta "18-liy"ə düşməsi sual altındadır. Emreliyə gəldikdə, baş məşqçi 23 yaşlı forvardın hələ topla məşqlərə başlamadığını söyləyib: "Mahir ilk məşqinə dünən çıxdı. Bəlkə bu gün komanda ilə yüngül məşq edəcək.
Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.