UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın Kipr "Omoniya"sı ilə keçirəcəyi V tur matçı üçün hakim təyinatları açıqlanıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək:
Baş hakim: Morten Krox
Baş hakimin köməkçiləri: Nils Höq, Şteffen Bek Bramsen
Dördüncü hakim: Yorgen Dauqberq Burxardt
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.