"Qarabağ" klubu Gürcüstan yığmasının qapıçısı ilə müqavilə bağlayıb

"Qarabağ" klubu Gürcüstan yığmasının qapıçısı ilə müqavilə bağlayıb "Qarabağ" klubu Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə qatıb.
Futbol
12 Yanvar , 2022 14:04
Qarabağ klubu Gürcüstan yığmasının qapıçısı ilə müqavilə bağlayıb

"Qarabağ" klubu Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə qatıb.

"Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi tviter hesabı məlumat yayıb.

"Köhlən atlar" 23 yaşlı qolkiperi Polşanın “Yagelloniya” klubundan mövsümün sonunadək icarəyə götürüb.

Klub mövsümün sonunda onu birdəfəlik transfer etmək hüququna malikdir. 

Qeyd edək ki, Luka Quqeşaşvili son olaraq icarə əsasında ölkəsinin "Dila" klubunda çıxış edib. 

Son xəbərlər

Orphus sistemi