“Qarabağ” klubu qapıçısı Şahruddin Məhəmmədəliyevlə müqavilənin müddətini uzadıb.
"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı qolkiperin yeni sözləşməsi 2023-cü ilin iyununadək nəzərdə tutulub.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən "Qarabağ"ın formasını geyinir.