Azərbaycan Premyer Liqasının XII turunda səfərdə "Qəbələ" İlə qarşılaşacaq "Qarabağ" bu gün bu matçın hazırlıqlarını klubun bazasında tamamlayıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın heyətində 3 futbolçu oyunu buraxacaq.
Şahruddin Məhəmmədəliyev, Xayme Romero və Zamiq Əliyev 14 günlük karantin rejimində olduğu üçün Qəbələyə yollanmayıb.
Qeyd edək ki, dekabrın 20-də keçiriləcək görüş saat 15:00-da start götürəcək.