Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun bütün təyinatları müəyyənləşib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi" və "Qarabağ"ın növbəti görüşlərini FIFA referiləri idarə edəcək.
“Neftçi” – “Qəbələ” matçı Elçin Məsiyevə, “Zirə” – “Qarabağ” oyunu Rauf Cabarova tapşırılıb. Digər FIFA referisi Əliyar Ağayev isə "Sabah" - "Səbail" oyununda iş başında olacaq.
18 mart (cümə)
17:00. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASK Arena”
19:37. “Neftçi” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”
19 mart (şənbə)
16:45. “Sabah” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”
19:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu