Türkiyənin Antalya bölgəsində təlim məşt-toplanışında olan Azərbaycan klubları bu gün növbəti yoxlama oyunlarını keçirəcəklər.
"Report"un məlumatına görə, "Qarabağ" iki matçda qüvvəsəni sınayacaq.
Qurban Qurbanovun baş məşqçi oldu komanda ilk olaraq Serbiya "Baçka Topola"sı ilə üz-üzə gələcək. Bu matç Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
"Köhlən atlar" günün ikinci yarısında Polşanın "Slyonsk" komandasını sınağa çəkəcək. Bakı vaxtı ilə saat 19:00-da start götürəcək qarşılaşmada əsasən gənc oyunçulara şans veriləcək.
"Qəbələ" ikinci oyununda Şimali Makedoniyanın "Borats" kollektivi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:30-a təyin edilib.
Hazırlıqlarını Bakıda davam etdirən "Səbail" isə I Divizion təmsilçisi MOİK-lə üz-üzə gələcək.
Qeyd edək ki, "Qarabağ" ilk matçında Rumıniyanın "Qaz Metan" komandası ilə qolsuz heç-heçə edib. "Qəbələ" Polşa "Zaqlembe"sinə 1:2, "Səbail" isə "Keşlə"ə 0:2 hesabı ilə uduzub.