Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Qarabağ" və "Keşlə" komandaları yoxlama oyunununda üz-üzə gəlib.
"Report" xəbər verir ki, “Azərsun Arena”da keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın qollarını 22-ci dəqiqədə Abdullah Zubir, 28 və 30-cu dəqiqədə Xayme Romero, 44-cü və 47-ci dəqiqələrdə Musa Qurbanlı, 61-ci dəqiqədə yeni transfer Kadi Yuri Borqes Malinovski, 88-ci dəqiqədə isə Hüseyn Hüseynzadə vurub.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasında İsrailin "Aşdod", "Keşlə" isə Rusiyanın "Soçi" klubu ilə qarşılaşacaq.