Qazaxıstan millisinin futbolçusunda dopinq aşkarlanıb

Qazaxıstan millisinin futbolçusunda dopinq aşkarlanıb Qazaxıstan millisinin futbolçusu Ruslan Valiullində dopinq aşkarlanıb.
Futbol
9 Sentyabr , 2021 10:27
Qazaxıstan millisinin futbolçusunda dopinq aşkarlanıb
Ruslan Valiullin

Qazaxıstan millisinin futbolçusu Ruslan Valiullində dopinq aşkarlanıb.

"Report"un məlumatına görə, bu barədə qazaxıstanlı jurnalist Aydın Kojahmet teleqram kanalında bildirib.

"Tobol"da çıxış edən 27 yaşlı yarımmüdafiəçinin dopinq testi müsbət nəticələnib. O, bu səbəbdən sentyabrın 8-də Bosniya və Herseqovina ilə DÇ-2022-nin seçmə oyununu buraxıb.

Valiullində hansı qadağan olunmuş maddənin tapıldığı hələlik bəlli deyil.

Qeyd edək ki, Ruslan Valiullin sentyabrın 1-də evdə Ukrayna ilə 2:2 hesablı heç-heçə etdikləri matçda meydanda olub. Yarımmüdafiəçi 74 və 90+6-cı dəqiqələrdə fərqlənməklə komandasını məğlubiyyətdən xilas edib.

Son xəbərlər

Orphus sistemi