Yeni mövsümə hazırlaşan “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” braziliyalı müdafiəçi Ruan Renato ilə 1+1 illik müqavilə imzalayıb.
27 yaşlı arxa xətt oyunçusunun son klubu Braziliya təmsilçisi “Ponte Preta” olub. Renato daha öncə vətənində “Santa Rita” (2015), “Quaratinqueta” (2015-2018), “Yuventud” (2016-2017, icarə əsasında), “Vitoriya” (2018-2020), “Fiqueyrense” (2019, icarə əsasında), “Botafoqo” (2020, icarə əsasında), həmçinin Avstriyanın “Austriya” (2017-2018, icarə əsasında) klublarında da çıxış edib.
Qeyd edək ki, “Qəbələ” Renatoya qədər Urfan Abbasov, Məqsəd İsayev, Nicat Mehbalıyev, Kristof Atanqana-Assimba və İsnik Alimini heyətinə qatıb.