"Qəbələ"nin yerli futbolçusu əməliyyat olunub, legioneri Ukraynaya gedəcək

"Qəbələ"nin yerli futbolçusu əməliyyat olunub, legioneri Ukraynaya gedəcək "Qəbələ" klubunun futbolçusu Rüfət Əhmədov Almaniyada əməliyyat olunub.
Futbol
7 Oktyabr , 2021 10:18
Qəbələnin yerli futbolçusu əməliyyat olunub, legioneri Ukraynaya gedəcək

"Qəbələ" klubunun futbolçusu Rüfət Əhmədov Almaniyada əməliyyat olunub.

Bu barədə "Report"a "qırmızı-qaralar"ın Mətbuat xidmətindən məlumat verilib.

Əyalət təmsilçisindən bildirilib ki, toqolu oyunçu Yaovi Akakpo isə Ukraynada əməliyyat ediləcək: "O, afrikalı olduğu üçün Ukraynaya viza almaq bir az gec oldu. Plana görə, oktyabrın 18-də paytaxt Kiyevə yollanacaq".

Qeyd edək ki, hər iki oyunçunun yaşıl meydanlardan ən azı 6 ay kənarda qalacağı gözlənilir. AFFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edən Rüfət Əhmədovun müalicə xərclərini öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi