"Qəbələ"nin Şimali Makedoniyanın "Şkendiya" klubu ilə UEFA Gənclər Liqasının 1/32 final mərhələsindəki oyununun vaxtı dəqiqləşib.
"Report" qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, martın 4-də Skopyedə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.
Koronavirus pandemiyası səbəbindən mərhələ bir görüşdən ibarət olacaq.
Qeyd edək ki, "Qəbələ" Çempionlar yolunda mübarizə aparır.