"Məşqlərimiz həmişəki qaydada davam edir. Növbəti matçımıza ciddi hazırlaşırıq".
Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ" klubunun kapitanı Anar Nəzirov Azərbaycan Premyer Liqasının XII turunda "Qarabağ"la keçirəcəkləri oyun barədə danışarkən deyib.
Rəqibin heyətindəki itkilərə toxunan 35 yaşlı qapıçı bunun oyuna təsir etməyəcəyini bildirib: "Qarabağ" böyük komandadır. Çempionat elədir ki, rəqibin heyətində 4-5 futbolçunun olmaması onun oyununa o qədər də təsir etmir. Komandada bir-birini əvəz edə biləcək oyunçular var. Xəstələrə şəfa diləyir, tezliklə meydana qayıtmalarını istəyirəm".
Təcrübəli qolkiper meydana qələbə üçün çıxacaqlarını da vurğulayıb: "Rəqibdən asılı olmayaraq xal və ya xallar qazanmaq istəyirik. Bu oyunda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, dekabrın 20-də keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 15:00-da başlayacaq.