"Qəbələ"nin legioneri: "50 matçlıq hədəfə çatmağım məni xoşbəxt edir"

"Qəbələ"nin legioneri: "50 matçlıq hədəfə çatmağım məni xoşbəxt edir" "Hələlik mövsüm bitməyib, klubun məqsədləri yolunda davam edəcəyik".
Futbol
5 Aprel , 2022 09:50
Qəbələnin legioneri: 50 matçlıq hədəfə çatmağım məni xoşbəxt edir

"Hələlik mövsüm bitməyib, klubun məqsədləri yolunda davam edəcəyik".

"Report"un məlumatına görə, bunu "Qəbələ" klubunun braziliyalı futbolçusu Rafael Utziq ölkəsinin mətbuatına açıqlamasında deyib.

26 yaşlı hücumçu Konfrans Liqasına vəsiqə qazanmaq istədiklərini bildirib: "Bunun üçün Premyer Liqada 7, ölkə kubokunda isə yarımfinal oyunlarımız var".

"Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri XX tur oyununda "qırmızı-qaralar"da 50-ci matça çıxmış Utziq bunun üçün xoşbəxt olduğunu söyləyib: "Qəbələ" mənim Avropada ilk klubumdur. burada 50 matçlıq mərhələyə çatmağım məni xoşbəxt edir".

Qeyd edək ki, "Qəbələ" və "Qarabağ" komandaları arasında ölkə kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşması aprelin 20-də, cavab oyunu isə aprelin 29-da olacaq. Əyalət təmsilçisi Premyer Liqada 21 turdan sonra 34 xalla 4-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi