"Qəbələ"nin yeni transferi koronavirusa yoluxub

"Qəbələ"nin yeni transferi koronavirusa yoluxub "Qəbələ" klubunun yeni transferi Patrik Robson de Souza Monteyro koronavirusa yoluxub.
Futbol
14 Yanvar , 2022 12:37
Qəbələnin yeni transferi koronavirusa yoluxub

"Qəbələ" klubunun yeni transferi Patrik Robson de Souza Monteyro koronavirusa yoluxub.

Bu barədə "Report"a "qırmızı qaralar"ın baş meneceri Nail Kərimov məlumat verib

Klub rəsmisi 24 yaşlı braziliyalı hücumçunun testinin pozitiv çıxdığını bildirib. Kərimovun sözlərinə görə, Monteyro Türkiyənin Antalya şəhərindəki toplanışna bu səbəbdən gec qoşulacaq.

Qeyd edək ki, yanvarın 15-də Antalyaya yollanacaq əlayət təmsilçisi yanvarın 25-dək qonşu ölkədə hazırlıq keçəcək. Elmar Baxşıyevin baş məşqçi olduğu komanda yanvarın 18-də "Zaqlembe" (Polşa), yanvarın 21-də "Borets" (Şimali Makedoniya) və yanvarın 24-də "Bohemians" (Çexiya) ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi