"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.
Futbol
4 Oktyabr , 2022 18:57
Qəbələ UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, I mərhələnin cavab oyununda evdə Xorvatiyanın "Hayduk" klubuna 1:2 hesabı ilə uduzan "qırmızı-qaralar" turnirlə vidalaşıb.

Azərbaycan təmsilçisindən yeganə qolu 52-ci dəqiqədə Şahin Şahniyarov vurub.

Qeyd edək ki, Zaur Hacıyevin baş məşqçi olduğu kollektiv səfərdəki ilk qarşılaşmada da rəqibi ilə bacarmamışdı - 0:3.

Son xəbərlər

Orphus sistemi