AFFA İntizam Komitəsi "Qəbələ" klubunu 7 200 manat cərimələyib.
"Report"un məlumatına görə, buna əyalət təmsilçisinin azarkeşlərinin "Zirə"yə qarşı Premyer Liqanın VII tur oyununda (1:1) matçın rəsmi şəxslərini təhqir etməsi və futbolçusu Ehtiram Şahverdiyevin görüş bitdikdən sonra “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılması səbəb olub. Yarımmüdafiəçiyə 4 oyunluq cəza verilib.
“Sabah”ın hücumçusu Xulio Sezar Rodriges isə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları çempionat qarşılaşmasında eyni səbəbə görə 2-si şərti olmaqla 4 oyunluq diskvalifikasiya edilib. Klub isə 3 200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.
Bundan başqa, “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə ödəyəcək.