Qətər - Azərbaycan oyununun hakimləri müəyyənləşib

Qətər - Azərbaycan oyununun hakimləri müəyyənləşib Martın 27-də Macarıstanın Debretsen şəhərində keçiriləcək Qətər – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib
Futbol
25 Mart , 2021 08:22
Qətər - Azərbaycan oyununun hakimləri müəyyənləşib

Martın 27-də Macarıstanın Debretsen şəhərində keçiriləcək Qətər – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.

“Report” AFFA-ya istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: İvan Kruzliak

Baş hakimin köməkçiləri: Tomaş Somolani, Branislav Hancko

Dördüncü hakim: Peter Kraloviç

Qeyd edək ki, Qətər milli komandası DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.

Son xəbərlər

Orphus sistemi