Qətər millisinin baş məşqçisi yığmamızın da yer aldığı qrupdan danışdı

Qətər millisinin baş məşqçisi yığmamızın da yer aldığı qrupdan danışdı "Avropa çempionatının seçmə mərhələsində oynamağımız DÇ-2022-yə yaxşı hazırlaşmağımıza kömək göstərəcək"
Futbol
12 Fevral , 2021 09:25
Qətər millisinin baş məşqçisi yığmamızın da yer aldığı qrupdan danışdı
Feliks Sançes

"Avropa çempionatının seçmə mərhələsində oynamağımız DÇ-2022-yə yaxşı hazırlaşmağımıza kömək edəcək".

"Report"un məlumatına görə, bunu Qətər yığmasının baş məşqçisi Feliks Sançes Bas yerli mətbuata açıqlamasında Azərbaycan millisinin də yer aldığı dünya çempionatının seçmə mərhələsinin A qrupu barədə danışarkən deyib.

46 yaşlı mütəxəssis bildirib ki, qrupdakı bütün görüşlər həyəcanlı və maraqlı olacaq: "DÇ-2022-də də Avropa komandalarına qarşı oynaya bilərik. Gələn il Amerika Kuboku və CONCACAF Qızıl Kubokda da mübarizə aparacağıq. Bunlar yaxşı planlardır. Artıq sadəcə Asiyadakı komandalara qarşı oynamırıq. Bu qarşılaşmaların hamısı dünya çempionatına yüksək səviyyədə hazırlaşmağa kömək olacaq".

İspaniyalı baş məşqçinin fikrincə, mundial öncəsi oyunlarını daha yaxşı inkişaf etdirmək üçün əla fürsətləri var: "Qrupumuzdakı bütün komandalar güclüdür. Avropa çempionu Portuqaliya qrupun favoritidir. Onlara qarşı yaxşı oyun olacaq. Yüksək səviyyədə olan komandaya qarşı çıxış edəcəyik. Belə komanda ilə oynamaq yaxşı haldır. Bu, bizim üçün əla təcrübədir. İrlandiya və Serbiya ilə duel də yaxşı keçəcək".

Qeyd edək ki, UEFA Qətər millisini Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.

Son xəbərlər

Orphus sistemi