Polşa millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovskiyə "Qızıl buts" mükafatı təqdim olunub.
"Report"un məlumatına görə, 33 yaşlı hücumçu 2020/2021 mövsümündə Bundesliqada 42 qola imza atıb.
Təcrübəli forvard İspaniya "Barselona"sından Fransa PSJ-sinə keçən Lionel Messini (30 qol) və İtaliya "Yuventus"unu İngiltərə "Mançester Yunayted"inə dəyişən Kriştianu Ronaldunu (29 qol) geridə qoyub.
Qeyd edək ki, Robert Levandovski "Bavariya"da 2014-cü ildən forma geyinir. "Qızıl buts" mükafatı Avropa liqalarında ən çox qol vurmuş futbolçuya verilir.