İspaniyanın "Barselona" futbol klubu ciddi itki ilə üzləşib.
"Report" "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Pedri sıradan çıxıb. Əzələsindən xəsarət alan 19 yaşlı oyunçu ən azı 2021-ci ilin sonunadək meydana çıxa bilməyəcək.
Qeyd edək ki, 3 gün öncə "Qızıl oğlan" mükafatının qalibi olub.