Qurban Qurbanov: "Qarşılaşmanın sonluğu aşağı səviyyədə oldu"

Qurban Qurbanov: "Qarşılaşmanın sonluğu aşağı səviyyədə oldu" "Futbolçularımı təbrik edirəm. Bu gün qarşılaşmanın sonluğu aşağı səviyyədə oldu. Oyuna və topa nəzarət etdik. Hamının bir yerdə olmaması ritmdən uzaqlaşmağa səbəb olur. Bu gün ən çox qol epizodları yaratdığımız matçlardan biri idi. Rəqibin sürətli əks-hü
Futbol
19 Noyabr , 2021 21:18
Qurban Qurbanov: Qarşılaşmanın sonluğu aşağı səviyyədə oldu
Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm. Bu gün qarşılaşmanın sonluğu aşağı səviyyədə oldu. Oyuna və topa nəzarət etdik. Hamının bir yerdə olmaması ritmdən uzaqlaşmağa səbəb olur. Bu gün ən çox qol epizodları yaratdığımız matçlardan biri idi. Rəqibin sürətli əks-hücumları var. Komandam diqqətli oynadı. Sənan Qurbanova növbəti görüşlərdə uğurlar arzulayıram".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis görüşün sonunda zədələnən Maksim Medvedin durumunun normal olduğunu bildirib.

Qurbanov minimal hesablı qələbə qazanmaları barədə danışıb: "Belə oyunlar çox olub. İstənilən halda qol dəqiqliyini yaxşılaşdırmaq olar. Bəzən minimal sayda imkanımız olsa da, 2-3 qol vurmuşuq. İnanıram ki, futbolçular daha diqqətli olacaqlar. Narahatlıq olduğunu deməzdim. Dinamikanı sona qədər qorumaq üçün daha bir neçə məşq edəcəyik".

Son xəbərlər

Orphus sistemi