"Meydanda olduğum hər dəqiqə vacibdir. Bu, oyunçu və şəxsiyyət kimi inkişafın əsas hissəsidir. Nə qədər çox təcrübə qazansam, daha da inkişaf edəcəyəm. Etmək istədiyim budur. Ona görə də Qvatemaladan ayrılıb, buraya gəldim".
"Report"un məlumatına görə, bunu "Səbail"in oyunçusu Nikolas Hagen "Invictos Guate" nəşrinə açıqlamasında Azərbaycana gəlişinin səbəbi barədə danışarkən deyib.
Qvatemalalı qolkiper karyerasını Avropada davam etdirmək üçün bu addımı atdığını bildirib: "Burada uzun müddət oynamaq istəyirəm. Məqsəd gələcəkdə qvatemalalı oyunçular üçün yeni yol açmaq və onların potensialını göstərməkdir".
Qeyd edək ki, Nikolas Hagen 2020/2021 mövsümünün əvvəlindən "Səbail"də çıxış edir.