"Tam normal qrupa düşdük".
Bunu "Report"a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev DÇ-2022-nin seçmə qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
"Yeganə xoş olmayan məqam 5 komandalı qrupda yer almağımızdır. 6 komandalı qrupa düşsəydik, məncə, daha yaxşı olardı", - deyə 24 yaşlı hücumçu əlavə edib.
Qeyd edək ki, Azərbaycan millisi A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqa rəqib olub.