Şeydayev "Neftçi"nin legionerinə cavab verdi

Şeydayev "Neftçi"nin legionerinə cavab verdi "Sabah" klubunun futbolçusu Ramil Şeydayev "Neftçi"nin legioneri Mamadu Mboca cavab verib
Futbol
27 Aprel , 2021 11:04
Şeydayev Neftçinin legionerinə cavab verdi

"Sabah" klubunun futbolçusu Ramil Şeydayev "Neftçi"nin legioneri Mamadu Mboca cavab verib.

"Report"un məlumatına görə, 25 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabından paylaşım edib.

Şeydayev "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından epizod paylaşıb. O, 28 yaşlı seneqallı müdafiəçiyə ilk 11 metrlik zərbədən öncə qayda pozuntusunun cərimə meydançasından kənarda baş verdiyini göstərərək, referinin buna görə penalti təyin etdiyini yazıb.

Mboc daha əvvəl komanda yoldaşı Keysuke Hondanın 66-cı dəqiqədə vurduğu qolun qeydə alınmamasına reaksiya verib.

Qeyd edək ki, Vüqar Həsənlinin başçılıq etdiyi hakimlər briqadası 2:2 hesablı heç-heçə ilə bitən matçda bir sıra mübahisəli qərarlar qəbul edib. Bu görüşün idarəçiliyi ilə əlaqədar AFFA Hakimlər Komitəsi müvafiq araşdırma aparacaq.

Son xəbərlər

Orphus sistemi