“Qrupda itirəcək bir şeyimiz yoxdur. Ölkəmiz, ailəmiz, azarkeşlərimiz üçün oynamalı, var gücümüzlə mübarizə aparmalıyıq".
"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev səfərdə Serbiyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
25 yaşlı hücumçu Belqrada elə-belə gəlmədiklərini bildirib: "Ümid edirəm ki, sabah bizim üçün hər şey yaxşı olacaq. Çalışacağıq öz oyunumuzu oynayaq və qələbə qazanaq”.
Qeyd edək ki, oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.