Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev avrokubokların püşkatmasını dəyərləndirib.
“Report”un məlumatına görə, Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimində çıxış edən PFL rəhbəri klubları diqqətli olmağa çağırıb.
Musayev bildirib ki, beynəlxalq arenada zəif rəqib olmur: “Püşk hər bir klubumuza düşərli olsun. Mətbuatda yazırlar ki, asan rəqiblər düşüb. Bu yazıları oxuyub, arxayınlaşmasınlar. Hamısı fikirləşməlidir ki, Azərbaycanı təmsil edirlər. Uğurlar arzu edirik, hər zaman yanlarındayıq və onlara azarkeşlik edəcəyik”.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının, “Nefti”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq.