"Real" zədəli futbolçusu ilə müqavilə müddətini uzadıb

"Real" zədəli futbolçusu ilə müqavilə müddətini uzadıb İspaniya futbol klubu “Real Madrid”in müdafiəçisi Daniel Karvaxal ilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş yeni müqavilə imzalayıb.
Futbol
6 Oktyabr , 2024 16:27
Real zədəli futbolçusu ilə müqavilə müddətini uzadıb

İspaniyanın “Real” (Madrid) kollektivi müdafiəçisi Dani Karvahal ilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.

Xatırladaq ki, Karvahal İspaniya çempionatının IX turunda "Vilyarreal"a qarşı matçın (2:0) ikinci hissəsinin əlavə vaxtında dizinin çarpaz bağını zədələyib. Müdafiəçi meydanı xərəkdə tərk edib.

32 yaşlı futbolçu 2013-cü ildən “Real”da çıxış edir. O, bu müddət ərzində 426 oyun keçirib, 14 qol vurub və 65 məhsuldar ötürmə edib. Altı dəfə Çempionlar Liqasının, dörd dəfə İspaniya çempionatının və Superkubokunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi