“Real”ın 6 əsas futbolçusu zədələnib

“Real”ın 6 əsas futbolçusu zədələnib İspaniyanın “Real” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda qarşılaşacağı İngiltərə təmsilçisi “Liverpul”la matçdan öncə 6 əsas futbolçusu zədələnib.
Futbol
18 Noyabr , 2024 17:32
“Real”ın 6 əsas futbolçusu zədələnib

İspaniyanın “Real” klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda qarşılaşacağı İngiltərə təmsilçisi “Liverpul”la matçdan öncə 6 əsas futbolçusu zədələnib.

“Report” AS-a istinadən xəbər verir ki, Madrid klubunun üzvlərindən David Alaba, Dani Karvahal, Eder Militao, Orelyen Çuameni, Rodriqo və Lukas Vaskes hazırda zədədən əziyyət çəkirlər.

Belçikalı qapıçı Tibo Kurtua isə sağalaraq komandaya dönüb. Hazırda baş məşqçi Karlo Ançelottinin sərəncamında əsas komandadan cəmi 16 nəfər qalıb.

Qeyd edək ki, İspaniya klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. Komanda geridə qalan 4 turda “Ştutqart”ı (Almaniya) 3:1, “Borussiya”nı (Dortmund, Almaniya) 5:2 hesabı ilə məğlub edib. “Lill”ə (Fransa) 0:1, “Milan”a (İtaliya) isə 1:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi