"Real"ın sabiq futbolçusu IV Liqa klubuna keçib

"Real"ın sabiq futbolçusu IV Liqa klubuna keçib İspaniyanın "Real" və İtaliyanın "Napoli" klublarının keçmiş yarımmüdafiəçisi Xose Kalyexon "Marbelya"ya keçib.
Futbol
24 İyul , 2024 13:40
Realın sabiq futbolçusu IV Liqa klubuna keçib

İspaniyanın "Real" və İtaliyanın "Napoli" klublarının keçmiş yarımmüdafiəçisi Xose Kalyexon "Marbelya"ya keçib.

"Report" İspaniyanın IV Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

37 yaşlı futbolçu 2011/2012 mövsümündə “Real”ın heyətində İspaniya çempionu, “Napoli” ilə isə iki dəfə İtaliya kubokunun qalibi olub.

Kalyexon son iki mövsümdə “Qranada”da çıxış edib. O, ötən mövsüm La Liqada 25 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi