"Real" klubunun azarkeşlərinə sanksiyalar tətbiq oluna bilər

"Real" klubunun azarkeşlərinə sanksiyalar tətbiq oluna bilər İspaniyanın "Barselona" klubunun hücumçusu Lamin Yamalı təhqir etdiklərinə görə "Real" azarkeşlərinə sanksiyalar tətbiq oluna bilər.
Futbol
3 Dekabr , 2024 10:29
Real klubunun azarkeşlərinə sanksiyalar tətbiq oluna bilər

İspaniyanın "Barselona" klubunun hücumçusu Lamin Yamalı təhqir etdiklərinə görə "Real" azarkeşlərinə sanksiyalar tətbiq oluna bilər.

"Report" "Diario Sport"a istinadən xəbər verir ki, İspaniya çempionatının XI turunda "Real"ın azarkeşləri üçüncü qoldan sonra 17 yaşlı futbolçunu təhqir etməyə başlayıblar.

Noyabrın sonunda madridlilərin üç azarkeşi həbs edilib, onlardan biri yetkinlik yaşına çatmayan şəxs olub. İdmanda zorakılıq, irqçilik, ksenofobiya və dözümsüzlüklə mübarizə üzrə Dövlət Komissiyası iki azarkeşə 5000 avro cərimə və 1 il müddətinə stadionlara giriş qadağası təklif edib.

Həmçinin rəqib komandanın oyunçularına qarşı irqçi təhqirlər səsləndirən daha iki azarkeş 4000 avro cərimələnə və onlara 1 il müddətinə stadiona giriş qadağası qoyula bilər.

Polis əməkdaşlarının işinə mane olan və stadiondan kənarda rəqib futbolçuları təhqir edən azarkeşlərdən 3000 avro cərimə tələb edilə, onlara 6 ay müddətinə stadionlara giriş qadağan edilə bilər.

Son xəbərlər

Orphus sistemi