İngiltərənin "Vulverhempton" komandasının futbolçusu Raul Ximenes karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" meksikalı hücumçunu heyətinə qatmaq istəyir.
İddiaya görə, Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan 29 yaşlı forvardın transferində şəxsən maraqlıdır. Klubların yaxın vaxtlarda danışıqlara başlayacağı bildirilib.
Qeyd edək ki, Ximenes cari mövsümdə İngiltərə Premyer Liqasında meydana çıxdığı 3 oyunda 2 qol vurub.
Azərbaycan millisinin hücumçusu, hazırda icarə əsasında İsveçrənin "Qrashopers" klubunda çıxış edən Renat Dadaşov da müqavilə ilə "Vulverhempton"a məxsusdur.