İspaniyanın "Real Madrid" klubunun futbolçusu Rafael Varan zədələnib.
"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin əzələsində problem aşkarlanıb.
Onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.
Qeyd edək ki, "Real Madrid" mayın 5-də Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda İngiltərədə "Çelsi"nin qonağı olacaq. Komandalar arasında İspaniyadakı matç 1:1 hesabı ilə yekunlaşıb.